AZ

Əntiqə Ələkbərova - Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcrübəli onkoloqu

"Həkimlərimizi tanıyaq!" rubrikamızda sizə həkimə yaraşan mədəniyyəti və etikası ilə rəğbət qazanmış onkoloq Əntiqə Musa qızı Ələkbərovanı təqdim edirik.
 
O, 1953-cü ildə Tovuz rayonu Xatınlı kəndində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Tibb Universitetinin II-müalicə profilaktika fakültəsində təhsil alıb. 1983-1984-cü illərdə Tovuz RMX-da Terapiya ixtisası üzrə internatura keçib.
 
Əntiqə Ələkbərova 1989-cu ildə Gəncə Onkoloji Dispanserdə həkim-terapevt işləyib, 1992-ci ildə MOM-da həkim onkoloq üzrə ixtisaslaşmış kurs keçib və həmin ildən həkim onkoloq kimi fəaliyyət göstərir.
 
1994-2001-ci illərdə Gəncə Onkoloji xəstəxanasında şöbə müdiri vəzifəsində çalışıb. 2001-ci ildən Tovuz RMX-nın Poliklinika şöbəsində həkim-onkoloq işləyir.
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla