AZ

"Başqa çarəmiz yoxdur, gələcək üçün çalışırıq" - Paşinyan

"Biz elə mərhələyə gəlib çatmışıq ki, indi Ermənistanın gələcəyi ilə bağlı çox konkret layihəni masaya qoyuruq. Bu, əslində çox vacib bir mərhələdir".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiya üzvləri ilə görüşündə deyib.

“Bəli, bu, çox mühüm mərhələdir və biz bu mərhələdə partiya olaraq çox fəal olmalıyıq. Bəli, aydındır ki, çox ağrılı məsələlər var. Bura başqasının evi deyil, bizim evimızdir və burada ev, yol problemi var. Amma qeyd etmək istəyirəm ki, indi hər hansı bir ev, kənd və ya yol problemi varsa, onu yox, biz yaxın onilliklərdə Ermənistanın mövcudluğu məsələsini həll edirik. Biz isə o məsələni həll edəcəyik, başqa çarəmiz yoxdur, bu, bizim, partiyamızın missiyasıdır”, - Paşinyan qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla