AZ

Bu gün Ermənistanın mövcudluq məsələsini həll edirik - Paşinyan

Bakı. Trend:

Biz bu gün Ermənistanın mövcudluq məsələsini həll edirik və bunuhəll edəcəyik.

Trend erməniKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri NikolPaşinyan deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə məşğul olanhakimiyyət orqanları bununla dövləti qoruyur.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsiişləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cüil aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətinekspert qruplarının işi davam edir.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındadövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan RespublikasıDövlət Komissiyasının və Ermənistan Respublikası ilə AzərbaycanRespublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhədtəhlükəsizliyi məsələləri üzrə Ermənistan RespublikasıKomissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmişrazılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası iləErmənistan Respublikası sərhədində iki ölkənin ekspert qruplarıərazidə geodeziya ölçmələri əsasında koordinatlarındəqiqləşdirilməsi prosesinə başlayıblar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla