AZ

Nihal Candan azadlığa buraxıldı

Türkiyənin məşhur fenomeni Nihal Candan həbsdən azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Nihal Candanın həbsxanada anoreksiya xəstəliyinə tutulması olub.

Fenomen həbsinə etiraz olaraq məhbəsdə aclıq edib. Onun çəkisi 37 kiloqrama düşüb. Həbsxanada müalicəsini davam edə bilməyəcəyini bildirən həkim rəyindən sonra Nihal Candan həbsdən azad olunub.

Qeyd edək ki, Nihal Candan və bacısı Bahar Candan fırıldaqçılıq və çirkli pulların yuyulması əməliyyatlarında günahlandırılıblar. Bacılar 2023-cü il noyabrın 14-də saxlanılıb və noyabrın 16-da həbs ediliblər.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla