AZ

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

Maliyyə Nazirliyinin verdiyi məlumata görə bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 12 milyard 612 milyon manat, xərcləri isə 9 milyard 263,1 milyon manat təşkil edib. Bunlar da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,9 faiz az və 23,7 faiz çoxdur. Son nəticədə büdcədə 3 milyard 348,9 milyon manat qalıq yaranıb.

Büdcədə artıq yaranan vəsaitlə hansı sosial layihələri həyata keçirmək olar? 

Bununla bağlı Valyuta.az-a danışan iqtisadçı Rauf Qarayev düşünür ki, artıq uşaq pullarının verilməsi məslələsinin həll olunmasının məqamı çatıb:

“Çünki 2002-ci ilin uşaqların doğulması ilə bağlı statistik məlumatlarını 2023-cü illə müqayisə etsək görərik ki, 2002-ci ildə daha çox uşaq doğulub. Bu faiz nisbəti ilə onu söyləmək olar ki, artıq uşaq pulu ilə bağlı məsələlərin həllinin zamanı gəlib çatıb. Doğrudur, ölkə qanunvericiliyində uşaq pullarının verilməsi ilə bağlı müəyyən qeydlər var. Amma hesab edirəm ki, hətta indiki gənclərin gec evlənmələrinin əsaslarından biri də uşaq pullarının verilməməsidir. Çünki evlilikdə əlavə maddi problemlər də artacaq. Uşaq pulu verilməsi isə bir çox ailələrin maddi sıxıntısını azalda bilər. 

Yəni, ailədə maddi sıxıntı yoxdursa, çox uşaqlı ailələrin sayı çoxalar, oğlan uşaqlarının sayı artar.  Hesab edirəm ki, gələcəkdə ordunun möhkəmlənməsinə səbəb ola bilər. Nəzərə almalıyıq ki, uşaq pulunun verilməsi bir çox xırda məsələlərin həllinə də səbəb ola bilər”. 

İqtisadçı bildirb ki, uşaqlarla bağlı həyata keçirilməsi vacib olan sosial layihələrdən biri onların  asudə vaxtlarının keçirilməsi ilə bağlı ola bilər:

Belə sosial layihələrədn biri uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yerlərin yaradılması ola bilər. Doğrudur, uşaqlar üçün yay təcrübə proqramı olsa da, xüsusi ilə regionlarda uşaqlar üçün belə yerlər yaradılmalıdır. Amma bütün bu məsələlərə ciddi nəzarət olmalıdır.  Hətta yaşlı nəsil üçün də asudə vaxtlarını keçirmək üçün yerlərin olması vacibdir. Onlar üçün bu mərkəzləri daimi etmək olar”. 

Rauf Qarayevin sözlərinə görə, sovet dövründən sonra da belə Pioner Evləri qalmışdı, amma büdcəyə yük olduğuna görə onlar ləğv olundu.  Hətta müəyyən insanlar tərəfindən belə yerlərdən mənimsəmələr də həyata keçirilirdi. Dövlət də bunu görərək vaxtı ilə Pioner Evləri adlandırılan yerlərin bir çoxunu ləğv etdi.  Bütün bunları həyata keçirmək üçün böyük əlavə xərc tələb edirsə, mövsümü də təşkil edilə bilər. Nəzərə alaq ki, hazırda dərs proqramları çox ağırdır. Uşaqlar çox yüklənir. Bəzən onların asudə zamanları qalmır. 

Davud

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla