AZ

BMU-da TOPİK imtahanı keçirilib

 

Bakı Mühəndislik Universitetində (BMU) Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə 93-cü TOPİK (Test of Proficiency in Korean) imtahanı keçirilib. İmtahan Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) təşkilatçılığı ilə baş tutub.

 

Bu barədə BMU-dan AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, iki hissədən ibarət olan imtahanda 263 nəfəri BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələr olmaqla, ümumilikdə 454 namizəd iştirak edib. İlk mərhələdə namizədlər Koreya dilində olan mətnləri oxuyub müvafiq sualları cavablandırıblar. İkinci mərhələdə isə namizədlərin dinləmə və yazma bacarıqları üzrə səviyyələri müəyyənləşdirilib.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA İDP-nin əsas şərtlərindən biri də tələbələrin Koreya dilinin mənimsəməsi və TOPİK imtahanından müvəffəq olmasıdır.

 

93-cü TOPİK mtahanın nəticələri Koreyanın Beynəlxalq Təhsil üzrə İnstitutu tərəfindən may ayının sonlarında elan ediləcək.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla