AZ

Yaşıl dünya boyalarda... - Masallıda tədbir

25 aprel 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində “Yaşıl dünya boyalarda” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

SonraMənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin rəisi Adbala Əmənov, RİHB-nın Türkoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Leyla Əziova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində görülmüş və il ərzində icrası nəzərdə tutulmuş işlər barədə ətraflı məlumat verdilər.

Daha sonra Onbirillik İncəsənət məktəbi, Dövlət Rəsm Qalereyası, Umumtəhsil məktəbləri, Uşaq və Gənclərin İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sərgidə əməyi olan şagirdlər rayon rəhbəri tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Tədbir Onbirillik İncəsənət məktəbinin xalq çalğı alətləri ansamblı və şagirdlərinin ifasında canlı musiqi, Üzeyir Hacıbəyovun “Cəngi” əsərinin sədaları altında xareoqrafiya sinfinin şagirdlərinin rəqs ilə yekunlaşdı.

ƏLİHÜSEYN ŞÜKÜROV

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla