AZ

“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI

“Əli Kərimli Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasından bəhs edərkən dövlətin və iqtidarın ünvanına "guya böyük bir iş görüblər" deməyinə bəzən inana bilmirəm. Əgər bunu deyibsə çox böyük bir səhv edib. Çünki həqiqətən də bu çox böyük və heç bir dövlətin görmədiyi işdir. Ermənistan rus qoşunlarını heç öz ərazisindəki aeroportdan belə çıxara bilmir. Başa düşə bilmirəm ki, Əli Kərimli nə danışır. Yadımızdan çıxarmayaq, bizim hakimiyyət dövrümüzdə rus qoşunlarının Azərbaycan və İran arasında yerləşdirilməsi barədə danışılmışdı ki, bu iki ölkə arasında sərhədlər şəffaf olsun”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, hər bir halda insafla danışmaq lazımdır: “Bu, heç kimin gözləmədiyi bir məsələdir, hansı ki dünyada böyük əks-səda doğurub. Prezident İlham Əliyevin diplomatik hünərinin, Azərbaycan dövlətinin qabiliyyətinin nəticəsi olan bu hadisə haqqında belə gözdənsalma əks reaksiya verə bilər. Onlar bu yolla düz dediklərini də əyri göstərirlər. Əgər qərəzli deyilsənsə, gərək hadisələrə obyektiv yanaşasan”.

“Ona görə də Əli Kərimlinin bu mövqeyini pisləyir və doğru hesab etmirəm. Belə sözləri nəinki partiya sədrlərinə, sadə vətəndaşlara belə yaraşdırmıram. Bu sözü deyən vətəndaş varsa da mənim ona sözüm yoxdur. Rusiya sülhməramlılarının bir güllə belə atılmadan Qarabağdan çıxarılması 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra Xankəndinin, Şuşanın azad olması dəyərində bir hadisədir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla