AZ

"Rusiya İranla hərbi əməkdaşlığı genişləndirməyə hazırdır" - Şoyqu

Moskva Tehranla hərbi əməkdaşlığı genişləndirməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Aştiani ilə görüşündə bildirib. 

"Suriyada beynəlxalq terrorizmə qarşı birgə mübarizə bizim çoxillik dostluq münasibətlərimizin parlaq nümunəsidir. Bu yaxınlarda onlar xüsusilə etibarlı hala gəldilər və uğurla inkişaf edirlər. İstər ən yüksək səviyyədə, istərsə də hərbi idarələrin rəhbərliyi səviyyəsində təmasların intensivliyi dəfələrlə artıb", - o, Astanada Aştiani ilə işgüzar görüş zamanı deyib. 

Nazirin sözlərinə görə, Rusiya ilə İran arasında əməkdaşlıq həmişə dinamik və çoxşaxəli olub: "Biz qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın gələcək inkişafına və genişləndirilməsinə hazır olduğumuzu təsdiq edirik". 

Ağarza Elçinoğlu 

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla