AZ

"Mançester Siti"nin futbolçusundan HƏMKARINA: "Ən yaxşı oyunçudur"

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden komanda yoldaşı Kevin De Bruyneni İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu elan edib.

 

Sfera.az bildirir ki, o, Kevinlə oynamağın xoş olduğunu vurğulayıb:

 

“Düşünürəm ki, Kevin Premyer Liqanın ən yaxşı oyunçusudur. Onunla birlikdə oynamaq çox xoşdur və ümid edirəm ki, biz daha çox birlikdə işləyəcəyik".

 

Xatırladaq ki, Foden “Mançester Siti”nin yetirməsidir. Bu mövsüm Foden bütün yarışlarda 48 matçda iştirak edib, bu matçlarda 24 qol vurub, 10 məhsuldar ötürmə edib.

 

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 130 milyon avrodur.

 

Fatimə Lətif

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla