AZ

Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb - Xanlar Vəliyev

Bakı. Trend:

2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin eynidövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz,özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhdcinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

Trend xəbər verir ki, bu barədə Hərbi prokuror Xanlar VəliyevHərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəlişəxslərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasındadeyib.

Hərbi prokuror Xanlar Vəliyev diqqətə çatdırıb ki, cinayəthadisələrinin, o cümlədən, bu qəbildən olan cinayətlərin qarşısınınalınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarlabirgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.

Məqalədə:
Seçilən
15
6
Mənbələr
Şərh ()
Bağla