AZ

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

Finlandiya

Stokholm, 26 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçiriləcək Dünya Liderləri Sammiti ilə əlaqədar Finlandiya Prezidenti Aleksandr Stubba ünvanlanmış dəvət məktubunu Finlandiyanın İsveçdəki səfiri Maimo Henrikssona təqdim edib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycanın COP29-a hazırlıq çərçivəsində atdığı ardıcıl addımlar barədə qarşı tərəfə məlumat verilib, eləcə də, Azərbaycan və Finlandiya arasında ikitərəfli əməkdaşlıq gündəliyinə nəzər salınıb.

Finlandiya səfiri dəvət məktubuna görə təşəkkürünü ifadə edib və onun yüksək ünvanına çatdırılacağını bildirib.

Seçilən
110
50
Mənbələr
Şərh ()
Bağla