AZ

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Yaponiya

Bakı, 26 aprel, AZƏRTAC

Yaponiyanın maliyyə naziri Sünyiti Sudzuki bildirib ki, pul siyasətinə müdaxilə etməyə və 34 ildə ilk dəfə olaraq 1 dollar üçün 155 yen təşkil edən kursun kəskin aşağı düşməsini dayandırmağa hazırdır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, inflyasiyaya nəzarət etmək məqsədilə cəhd etmək üçün uzun illər ərzində mənfi faiz dərəcələrini tətbiq edən ölkənin pul-kredit siyasətində bu yaxınlarda edilən dəyişikliklərə baxmayaraq, yapon valyutası 1 dollar üçün 155 yen həddini aşıb.

“Biz zəif yenin kursunun aşağı düşməsi ilə əlaqədar narahatıq keçiririk”, - deyə Sudzuki bildirib və əlavə edib ki, qiymət artımı ilə mübarizə yapon hökuməti üçün prioritetdir.

Digər valyutalar arasında dollara nisbətdə yapon yeni kəskin şəkildə qiymətdən düşüb, bu, əsasən, iki ölkə arasında faiz dərəcələrindəki fərqə görədir. Son həftələrdə bu tendensiya sürətlənib, çünki ABŞ Mərkəzi Bankının yaxın vaxtlarda dərəcələri aşağı salacağı gözlənilmir.

Yaponiya hökuməti son dəfə bu prosesə 2022-ci ilin oktyabrında müdaxilə edib, o vaxt yapon valyutasının kursu dollara nisbətdə 152 vahid həddinə yaxınlaşmışdı.

 

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla