AZ

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir.

 

Sfera.az xəbər bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın daha da irəliləməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür”.

 

Deputat qeyd edib ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir.

 

“Qırğızıstan Prezidentinin Azərbaycana son səfərində iki ölkə arasında imzalanan elm, təhsil, energetika, miqrasiya və digər sahələri əhatə edən sözləşmə bunu deməyə əsas verir. Sadır Japarovun Prezident İlham Əliyevlə dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərməkdədir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir. 30 il ərzində Qırğızıstan Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib, münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Qırğızıstan indi də Azərbaycanın yanındadır. Bundan sonrakı illərdə də Qırğızıstan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə vermək niyyətindədir. Qırğızıstan üçün önəmli olan məsələ yeni geosiyasi reallıqlarda əməkdaşlıq imkanlarının daha da gücləndirilməsidir. Ona görə də Zəngəzur Dəhlizi bütün Orta Asiya dövlətləri kimi, Qırğızıstan üçün də maraqlıdır. İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır”.

 

Ülkər Abdurahmanlı

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla