AZ

Qəsdən adam öldürmə halları azalıb - Hərbi Prokurorluq

2024-cü ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmə halları 50%, özünü öldürmə hadisələri 40% azalıb. Bunu hərbi prokuror Xanlar Vəliyev deyib. 
 
O bildirib ki, baş verən cinayət hadisələrinin qarşısını almaq üçün Hərbi Prokurorluq aiddiyatı qurumlarla birgə işləyir.  
 
Daxili İşlər Nazirliyinin açıqladığı son statistikaya görə 2024-cü ilin birinci rübündə ölkə ərazisində qeydə alınan 8.930 cinayətin 85%-i açılıb. 
 
2023-cü ildə Azərbaycanda 36811 cinayət qeydə alınıb, bu da 2022-ci illə müayisədə ağır cinayətlərin faiz göstəricisi ilə sabit, az ağır cinayətlərin faiz nisbətində isə azdır.
 
Gülnar 
 


www.anews.az
Seçilən
9
Mənbələr
Şərh ()
Bağla