AZ

"Atatürk II" filminin yayım tarixi açıqlandı

Qurtuluş müharibəsinin 1915-1919-cu illərindən bəhs edən "Atatürk II" filminin yayımı mayın 24-dək davam edəcək.

Kulis.az xəbər verir ki, filmdə Mustafa Kamal Atatürkü Aras Bulut İynemli,Zübeyde xanımı Songül Öden, Ənvər paşanı Sarp Akkaya, Madam Korini Esra Bilgiç canlandırıb.

Türkiyə Özəl Məktəblər Birliyindən (TÖZOK) verilən açıqlamaya görə, filmi yayımlayan şirkət "Lanistar Media" ilə əməkdaşlıq çərçivəsində ekranlara çıxan filmi izləmək istəyən tələbə qrupları üçün biletlər 60 lirədən (3.14 AZN) satışa çıxarılacaq. Şagirdləri ilə kinoya gələn müəllimlərdən ödəniş alınmayacaq.

Filmin tarixi hadisələrlə bağlı məsləhətçiləri Orhan Çekiç, Saadet Özen, Hacı Mehmet Duranoğlu, Tuncel Koç, Kadir Türker Geçer və Üzeyir Karataşdır.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla