AZ

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.

 

Sfera.az xatırladır ki, ABŞ Prezidenti Co Bayden “TikTok”un fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, platforma doqquz ay ərzində ABŞ vətəndaşlarından birinə satılmalıdır. Əks təqdirdə əməliyyat sistemlərində olan proqram mağazalarından onun ABŞ ərazisində yüklənməsi mümkün olmayacaq.

 

Mütəxəsislər “ByteDance” şirkətini “TikTok”u satmaq istəməməsini bu platformanın inkişafda olması və zamanla daha çox izləyici cəlb etməsi ilə izah edirlər. Platforma istifadəçilərinin artması ilə əlaqədar olaraq onun gəlirlərində sürətli artım var. 2022-ci ildə 9,9 milyard dollar gəliri olan platforma 2023-cü ildə gəlirini 15 milyard dollara çatdırıb. 

 

Vasif

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla