AZ

Fransanın müdafiə naziri: “NATO-dan asılı olmayan ordu yaratmalıyıq”

Fransanın müdafiə naziri Sebastien Lekornu Avropa ordusunun yaradılması ilə bağlı açıqlama yaydı.

KONKRET.az xəbər verir ki, müdafiə nazirinin bu açıqlaması qitədə gündəm yaradıb.

Onun sözlərinə görə, 2025-ci ilə qədər Avropanın “müdaxilə qüvvəsi” olmalıdır.

“France 2” kanalında yayımlanan “4 Verites” proqramında qonaq olan Lekornu deyib ki, bu ordu NATO-dan asılı olmalı deyil.

Lekornu bildirib ki, Avropa “müdaxilə qüvvəsi” bütün Avropa vətəndaşlarının təhlükəsizliyini tez bir zamanda təmin etməyi bacarmalıdır.

Avropanın müdafiə baxımından ABŞ-dan müstəqil və suveren olması ilə bağlı fikirlərini bölüşən Lekornu bu layihənin 2025-ci ilə qədər həyata keçirilməsi üçün avropalı tərəfdaşlarla danışıqlara başladığını bildirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla