AZ

Azərbaycan çempionu Portuqaliya klublarını qabaqladı

Bu mövsüm ölkə çempionatının oyunlarında əlavə vaxtda ən çox qol vuran Avropa komandaları bəlli olub. 

Msport.az xəbər verir ki, bu barərə Polşanın “weszlo.com” nəşri araşdırma aparıb.

Siyahıda bu vaxtadək 9 qol vuran Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

“Arsenal” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Partizan” (Serbiya), “Motervel” (Şotlandiya) və “Vidzev” (Polşa) də əsas vaxtda eyni sayda qol vurub. Bu siyahıda lider 10 qolla “Seltik”dir (Şotlandiya).

Avrokubokları da nəzərə alsaq, Ağdam təmsilçisi ən yaxşılar sırasındadır. Azərbaycan çempionu “Bayer”, “Fənərbaxça” və “Seltik” kimi 11 qol vurub. Yalnız İngiltərənin “Liverpul” klubu daha çox (12), “Braqa” və “Benfika” isə daha az (hər biri 10) qol vurmağı bacarıb.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla