AZ

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

“Xalq Bank” 2024-cü ilin ilk rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Valyuta.az xəbər verir ki, "Xalq Bank" 2024-cü ilin I rübünü 16,5 milyon manat xalis mənfəət ilə başa vurub. Bank həmçinin, bu dövrü 20,23 milyon manat əməliyyat mənfəəti ilə başa vurub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,4% çoxdur. 

"Xalq Bank" mənfəətlə bağlı problem yaşamasa da, amma ilk rübdə 45 milyon manat kiçilib. 

Belə ki, bu ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1,5%  azalaraq 3,37 milyard manata enib. 

2024-cü ilin ilk üç ayında bankın kredit portfeli 25,7 milyon manat kiçilib. “Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilin əvvəli ilə müqayisədə hesabat dövründə 1,4% azalaraq 1 milyard 801 milyon manata bərabər olub.

Bu dövrdə “Xalq Bank”ın cəmi öhdəlikləri 2,58 milyard manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0.1% və ya 2.1 milyon manat azdır.

Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 0.3% və ya 5.7 milyon manat azalaraq 2,23 milyard manata enib.

2023-cü il aprel ayının 1-nə “Xalq Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 8.5% və ya 42,9 milyon manat azalaraq 461,4 milyon manat təşkil edib.

Leyli

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla