Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
KONKRET.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fuad Muradova qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddələri ilə yekun ittiham verilib.
İttihamda qeyd edilib ki, Muradov 7 nəfər kişini intim video, şəkillər və digər vasitələrlə şantaj edib. Həmin kişilər iş üzrə zərərçəkmiş qismində tanınıb.
Müttəhimin işini Elmin Rüstəmovun sədrlik etdiyi məhkəmə heyəti araşdıracaq. (Qafqazinfo)