AZ

Avropa Parlamenti “quduz bəyanatlar maşını"na çevrilib

Moskva Avropa Parlamentinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələrini tanımamağa çağıran qətnaməsinə məhəl qoymur.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin fikrincə, Avropa Parlamenti “quduz bəyanatlar maşınına” çevrilib.

“Avropa Parlamenti çoxdan belə güclü, ardıcıl rusofob mövqedə ixtisaslaşıb və təbii ki, parlamentarilər əsas işləri olan dialoq qurmaq yollarını axtarmağı unudaraq bu cür quduz bəyanatlarmaşınına çevriliblər”, - Peskov mətbuata zəng zamanı bildirib.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla