AZ

Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladı

Bu gün Rusiya Mərkəzi Bankının İdarə Heyəti ardıcıl üçüncü dəfə uçot dərəcəsini illik 16% səviyyəsində sabit saxlayıb.

Marja xəbər verir ki, Mərkəzi Bank fevral və mart aylarında keçirilən iclaslarda da eyni qərarı verib. Sonuncu dəfə uçot dərəcəsi 2023-cü ilin dekabrında dəyişib - Mərkəzi Bank onu illik 15%-dən 16%-ə qaldırıb.

Eyni zamanda Mərkəzi Bank 2024-cü il üçün inflyasiya proqnozunu pisləşdirib. Tənzimləyicinin proqnozuna görə, dekabrda qiymət artımı 4,3-4,8% təşkil edəcək. Hələ fevral ayında Mərkəzi Bank, inflyasiyanın 4-4,5% olacağını proqnozlaşdırmışdı (Mərkəzi Bankın hədəfi 4%). Bundan əlavə, Mərkəzi Bank 2024 və 2025-ci illərdə orta uçot dərəcəsi üzrə proqnozu müvafiq olaraq 15-16%-ə və 10-12%-ə (fevral proqnozunda 13,5-15,5%-dən və 8-10%-ə) yüksəltməklə güclü siqnal verib. Aprelin 27-dən 2024-cü ilin sonuna qədər orta uçot dərəcəsinin 14,5-16% diapazonunda olacağı proqnozlaşdırılır.

Bazarlarda da uçot dərəcəsinin illik 16% səviyyəsində qalacağını gözlənilirdi.

Eyni zamanda inflyasiyaya meylli amillər də qalmaqdadır. İqtisadi artım davam edir ki, bu da əmək resurslarına tələbi artırır, nəticədə işsizlik tarixi minimum  2,8% səviyyəsindədir. “Ev təsərrüfatlarının gəlirlərində əhəmiyyətli artım və inamlı istehlakçı əhval-ruhiyyəsi fonunda istehlak aktivliyi yüksək olaraq qalır. Müəssisə sorğularından əldə edilən məlumatlar yüksək investisiya tələbinin davam etdiyini göstərir. Rusiya iqtisadiyyatının balanslaşdırılmış artım trayektoriyasından yuxarıya doğru sapması əhəmiyyətli olaraq qalır. 2024-cü ildə ÜDM-in artımı proqnozu 2,5-3,5%-ə qaldırılıb”, - deyə Mərkəzi Bankdan bildirilib.

ABir sıra nalitiklər hesab edirlər ki, faiz endirimi dövrü ya iyulda, ya da sentyabr-oktyabr aylarında başlaya bilər. Eyni zamanda, bir sıra ekspertlər etiraf edirlər ki, qiymətlər Mərkəzi Bankın proqnozundan xeyli kənara çıxan sürətlə artmağa davam edərsə, tənzimləyici uçot dərəcəsini ilin sonuna kimi 16% səviyyəsində saxlaya bilər.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla