AZ

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Azərbaycan

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan–Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qırğızıstanın təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar. Sazişə əsasən, tərəflər təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasını və inkişafını, təcrübə mübadiləsini təşviq edəcəklər, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə müəllim, tədqiqatçı, alim və digər təhsil işçilərinin səfərlərini həyata keçirəcəklər. Bu saziş bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər son illərdə ölkə başçılarının siyasi iradəsinin nəticəsi olaraq bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. O bildirib ki, dost, qardaş, strateji tərəfdaş münasibətlərinə malik iki dövlət arasında ən yüksək səviyyədə mövcud münasibətlər Qırğızıstan Prezidentinin Azərbaycana səfərindən sonra yeni inkişaf mərhələsinə qədəm qoyacaq: “Müvafiq sənədlərin imzalanması həm də bu münasibətlərin inkişafına əlavə dəstək və töhfə vermiş olacaq. Dövlət başçılarının görüşündə və münasibətlərin inkişafına həsr olunmuş geniş tərkibli danışıqlar zamanı fərqli sahələrdə inkişafı şərtləndirən imkanlar müzakirə olunub. Real əməkdaşlıq müstəvisində sazişin tətbiqindən sonra hər iki ölkə arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq. Bu saziş iki ölkənin elmi və ali təhsil müəssisələrinin, tədqiqatçıların səylərini birləşdirəcək, onların birgə tədqiqatlar aparılmasını təmin edə biləcək. Qırğızıstan və Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Hesab edirəm, elm və təhsil müəssisələri arasında əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İki dost və qardaş dövlətin ali rəhbərlərinin siyasi iradəsi nəticəsində illərlə davam edən humanitar əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək. Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşündən sonra hər iki ölkə rəhbərinin mətbuata bəyanatla çıxışlarında da əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqların nəticələrinə xüsusi yer verildi”.

İlqar Orucov bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirakının öz doğma yurd-yuvalarına qayıdan insanlara böyük təhsil hədiyyəsidir

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla