Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməldiir.
Pravda.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
“Azərbaycanda azad cəmiyyət var, insanlar, o cümlədən media nümayəndələri tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar”, - deyə dövlətimizin başçısı bildirib.
Tarix: 26 Aprel 2024, 15:53