AZ

İsrailin məhdudiyyətlərinə rəğmən 45 min müsəlman Məscidül-Əqsada namaz qılıb

İsrailin maneə və çətinliklərinə baxmayaraq təxminən 45 min fələstinli cümə namazını Əqsa məscidində qılıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisi fələstinlilərin Əqsaya girişini məhdudlaşdırmaq üçün səhər saatlarından etibarən Şərqi Qüdsün bir çox bölgəsinə yerləşdirilib.

İsrail polisi Şərqi Qüdsün Köhnə şəhərinin girişlərinə maneələr quraraq bəzi fələstinlilərin şəxsiyyət vəsiqələrini yoxlayaraq Məscidül-Əqsaya girişinin qarşısını alıb.

İsrail polisi Əl-Əqsa məscidinin bayır qapılarında da nəzarət-buraxılış məntəqələri qurub.

Əl-Əqsaya buraxılmayan fələstinli gənclər cümə namazını Esbat (Aslan) Qapısı ilə üzbəüz səkidə qılıb.

İsrail polisi fanatik yəhudi köçkünün qarşısını almağa çalışarkən dava düşüb. İsrail polisi baryerlərin yerləşdiyi ərazidə yəhudi məskunlaşmasının qarşısını alıb, daha sonra huşunu itirmiş şəxsi ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, İsrail polisi 2023-cü il oktyabrın 7-də Qəzza zolağına hücumlar başlayandan bəri on minlərlə insanın Əl-Əqsa məscidində namaz qılmasına mane olan ciddi məhdudiyyətlər tətbiq edir.
 
Mikayıl
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla