AZ

Hərbi prokuror: Qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb

2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Baş prokurorun müavini - hərbi prokuror Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə, qeydə alınmayıb.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.


Telegram kanalımız
Seçilən
17
6
yenisabah.az

6Mənbələr