AZ

Bu sənədləri iş yerinə təqdim etməyə ehtiyac qalmayacaq

“Vətəndaşlar əldə etdikləri tibbi arayışları kağız formada iş yerlərinə təqdim etməyə məcbur olmayacaqlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Vüsal Məsiyev Bakı Biznes Mərkəzində keçirilən “Elektron tibbi arayış xidmətinin təqdimatı” birifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu həm də kağız istifadəsinin minimuma endirilməsidir.

V.Məsiyev bildirib ki, vətəndaşlar artıq TƏBİB-in nəznindəki tibb müəssisələrinə yaxınlaşaraq, sağlamlıqdan keçdikdən sonra, tibbi arayışları onlayn şəkildə əldə edə biləcəklər:

“Vətəndaşlar əldə etdikləri tibbi arayışları kağız formada iş yerlərinə təqdim etməyə məcbur olmayacaqlar. Bunu onlar avtomatik qaydada sistemdən əldə edə biləcəklər. Bu həm də kağız daşımalarının minimuma endirilməsidir. Bu da bildiyimiz kimi, yaşıl dünya naminə prioritetlik çərçivəsindəki proseslərə də böyük töhfə verir.

Bizim bu istiqamətdə olan məqsədimiz vətəndaşlarımızın həyata keçirdiyi bütün proseslərinin avtomatlaşdırılması və kağızdan istifadənin minimuma endirilməsidir”.

İsmayıl Bakuvi

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla