AZ

AFFA Yüksək Liqa təmsilçisini çempionatdan kənarlaşdırdı

AFFA İntizam Komitəsi futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) mübarizə aparan “Record” komandasını yarışdan kənarlaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bu gün keçirilmiş AFFA İntizam Komitəsinin növbəti iclasında bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı qayda pozuntularına hüquqi qiymət verilib.

Aprelin 21-də keçirilməli olan futzal üzrə Yüksək Liqanın 19-cu turunun “Record” – “Araz Naxçıvan” oyununda “Record” komandası təyin edilən vaxtda meydana çıxmayıb. Buna görə oyun baş tutmadığı üçün “Record” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Record” komandası yarışlardan kənarlaşdırılıb. Bundan sonrakı turlarda sözügedən kollektivlə qarşılaşmalı olan komandalar avtomatik 3 xal əldə edəcəklər.

İntizam Komitəsi daha bir neçə komandaya texniki məğlubiyyət verib. U-14 Liqasında keçirilməli olan “Baku Sportinq” FK – İOEUGİM (Sumqayıt) oyunu İOEUGİM (Sumqayıt) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Buna görə İOEUGİM (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasında keçirilməli olan “ASTA” FK – “Ulduz” (Mingəçevir) oyunu “Ulduz” (Mingəçevir) komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Ulduz” (Mingəçevir) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) və “Neftçi” PFK” arasında təşkil olunmuş yarımfinal oyununda “Dinamo” (Balakən) komandası oyun zamanı qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçunu meydana buraxıb. Buna görə “Dinamo” (Balakən) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla