AZ

Hərbi blok indi də Latın Amerikasına nüfuz etməyə çalışır -Lavrov

Hind-Sakit okean regionu artıq NATO alyansı üçün kifayət deyil, hərbi blok indi Latın Amerikasına nüfuz etməyə çalışır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu  Rusiyanın xarici işlər naziri Sergey Lavrov boliviyalı həmkarı Celinda Sosa ilə görüşdən sonra deyib.

“NATO-nun baş katibi deyir: bəli, biz ümumi məkanımızı müdafiə etməyi öhdəsinə götürən müqaviləyə sadiqik, lakin indi Hind-Sakit okean regionuna nüfuz etmədən bunu edə bilmərik. Artıq orada NATO psixologiyasını, NATO mentalitetini əks etdirən blok strukturlar yaradılır”, - deyə nazir bildirib.

Lavrov vurğulayıb ki, NATO ilə Yaponiya arasında artıq razılaşma da elan edilib.

"Asiya-Sakit Okean regionu kifayət deyil, Latın Amerikasına gedirlər", - xarici işlər naziri davam edib. Lavrov hesab edir ki, dünyanın əksər ölkələri bu yanaşmanın təhlükələrini anlayır.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla