"Real"ın qapıçısı Andrey Lunin komandadan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, onun xidmətində 3 klub maraqlıdır.
Belə ki, "Mançester Yunayted", "Bavariya" və PSJ ukraynalı qapıçını heyətinə qatmaq istəyir.
Onun "kral klubu" ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdir.
Daha əvvəl onun "Real"dan ayrılmaq istədiyi iddia olunurdu.