AZ

Dekolteli qadın

İki keşiş çayın qarşı tərəfinə keçmək istəyirdilər. Gözləri sahildəki dekolteli gözəl bir qadına sataşır.

Yanından keçərkən gözlərini qadından qaçırmağa çalışırlar. Qadın onlardan yardım istəyir: “Üzmək bilmirəm, məni qarşı sahilə keçirə bilərsizmi?”…

Keşişlər özlərini itirir, çaşqın şəkildə bir-birinə baxırlar. Keşişlərdən biri “Biz insanlara yardım etməyi sevirik” deyərək, gözlərini yumur, qadını qucağına alıb çayın daraldığı yerdən onu qarşı sahilə doğru kemirir. Digər keşiş qadını qucaqlayan keşişin yapdığının doğru olmadığını, onun günah işlədiyini düşünür…

Qadına yardım edən qarşı sahildə onu yerə endirir. Dekolteli qadın təşəkkür edirək yoluna davam edir. Digər keşiş qadını qarşıya keçirənə hirslənir: “Bir keşiş açıq-saçıq geyinmiş bir qadını necə qucağına ala bilər?”.

Keşiş yol yoldaşının həyəcanına anlam vermir ve belə deyir: “Mən o qadını sahilə buraxdım, amma sən hələ də onu qucağından endirməyibsən”…

İbrahim Nəbioğlu

visiontv.az



Seçilən
16
Mənbələr
Şərh ()
Bağla