AZ

Siyəzəndə "Sehrli əllərin nuru” adlı dəyirmi masa təşkil olunub

Siyəzən rayon Mədəniyyət Mərkəzində akademik, görkəmli alim Zərifə Əliyevanın doğum günü ilə əlaqədar “Sehrli əllərin nuru” adlı dəyirmi masa təşkil olunub.

 

Aztibb.az-ın xəbərinə görə, tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi, Siyəzən Rayon Mərkəzi Xəstəxanasının həkimləri, rayonun ziyalıları və mədəniyyət işçiləri iştirak ediblər.

 

Tədbirdə akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən və qazandığı nailiyyətlərdən bəhs olunub.

 

Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla