AFFA İntizam Komitəsi 2-ci liqada mübariazə aparan "Ağdaş" klubunun baş məşqçisi Ruslan Hüseyno cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, 22-ci turda “Kür-Araz”la keçirilən oyunun 49-cu dəqiqəsində “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Ağdaş” klubu isə 400 manat cərimə edilib.
Qeyd edək ki, "Kür-Araz" - "Ağdaş" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Ağdaş" hazırda 20 xalla 10-cu pillədə qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta