AZ

Çernobıl faciəsindən 38 il ÖTÜR - FOTO/VİDEO

Çernobıl atom-elektrik stansiyasında (AES) baş vermiş dəhşətli faciədən 38 il ötür.

seher.media xəbər verir ki, 1986-cı il aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl AES-in dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb.

Hadisədən sonra həyat üçün təhlükəli olan radioaktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.

Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə belə, “ölüm buludu”nun yerdə qalan hissəsini külək cənuba sürükləyib.

Qəza nəticəsində Ukraynada 4 400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə gələn fəhlələr olublar. Ümumilikdə, faciə zamanı 7 000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə Çernobıla yeddi min azərbaycanlı göndərilib. Onlardan iki min nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.

Seçilən
0
2
Mənbələr
Şərh ()
Bağla