AZ

Parisdə “Rafale” qırıcısının istehsalçısının məxfi məlumatları olan çanta oğurlanıb

“Rafale” qırıcı təyyarələri istehsal edən Fransanın “Dassault Aviation” şirkətinin əməkdaşından milli müdafiə ilə bağlı məxfi məlumatların yazıldığı kompüterlərin olduğu çanta oğurlanıb.

Məlumata görə, hadisə Parisətrafı qəsəbədə - Arjanteydə restoranlardan birində baş verib. Restorana gələn oğru “Dassault Aviation” şirkətinin əməkdaşının masasına yetişmək üçün bir neçə dəfə oturduğu yeri dəyişib.

Bir müddət sonra cinayətkar zərərçəkənin ayağının yanında duran çantanı ehtiyatla götürüb, paltosunun altında gizlədib və sürətlə restoranı tərk edib. Oğurlanmış şəxsin dediyinə görə, çantada iki qorunan kompüter və bir USB disk olub.

Polis cinayətkarı axtarır.

Mənbə: Kp.ru

Seçilən
11
32
Mənbələr
Şərh ()
Bağla