AZ

SOCAR və “TotalEnergies”in ADNOC-a “Abşeron” layihəsindəki paylarının satış prosesi başa çatıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” neft-qaz şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC şirkətinə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağının işlənməsi layihəsindəki paylarının 15 %-ni satıb.

Bu barədə “Report”a “TotalEnergies” şirkətindən məlumat verilib.

Qeyd edilib ki, satış prosesi bu ilin fevral ayında başa çatıb: “Bununla Fransa şirkəti və SOCAR-ın hər birinin layihədəki payı 35 %, ADNOC-un isə 30 % təşkil edəcək”.

Xatırladaq ki, 2023-cü ilin avqustunda ADNOC SOCAR və “TotalEnergies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağında ümumilikdə 30 %-lik payın alınmasına dair müqavilə imzalayıb.

Seçilən
7
3
Mənbələr
Şərh ()
Bağla