AZ

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Bakı, 26 aprel, AZƏRTAC

"Çox maraqlı çempionat idi. Bir çox fərqli rəqiblə oynadıq".

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Gənclər Liqasının qalibi olan "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanagiç deyib

Xorvatiyalı mütəxəssis qazanılan çempionluğun uzun müddətdir çəkilən əziyyətin nəticəsi olduğunu bildirib: "Bir növ spesifik iş oldu. Xoşbəxtik ki, komandadakı bir çox oyunçu akademiyadan gəlir. Burada skautların da əməyi var. Liqanı qazanaraq ortamüddətli hədəflərimizə çatmışıq. Hansı ki, 4 il əvvəl bunun üçün işə başlamışdıq. Artıq klub özünəməxsus bir nöqtəyə gəlib. Məqsədləri yeniləyə bilərik. Çalışırıq ki, əsas komandaya güclü futbolçular qazandıraq".

Onun sözlərinə görə, UEFA Gənclər Liqasına vəsiqə verməsi AFFA-nın təşkil etdiyi turnirə əlavə həyəcan və intriqa qatır: "Buna görə hamı yerli liqanı qazanmaq istəyir. Çünki Azərbaycanı Avropada təmsil edəcəyik. Buna hazır olduğumuzu düşünürəm. Təbii ki, məsuliyyətimizi də anlayırıq. Amma real yanaşsaq, bəzi oyunçularımız üçün Avropada oynamaq baxımından ilk təcrübə olacaq. Onlardan istəyimiz maksimum səviyyədə güclərini ortaya qoymaları və Azərbaycanı mümkün olan ən yaxşı şəkildə təmsil etmələridir. İlkin hədəfə çatdığımızı düşünürəm".

 

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla