AZ

Nihal Candan azadlığa buraxıldı - FOTO

Beş ay öncə çirkli pulların yuyulmasında təqsirli bilindiyi üçün həbs olunan Türkiyənin məşhur fenomeni Nihal Candan azadlığa buraxılıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Nihalın həbsxanada səhhətində problem yaranıb. 

Bu səbəbdən arıqlayaraq çəkisi 37 kiloqrama düşən fenomen müalicəsini həbsxanada davam etdirə bilmədiyi üçün onun azadlığa buraxılması təmin olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir. 
Qeyd edək ki, daha əvvəl sosial şəbəkə fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, atası Sezgin Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə həbs olunublar

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
3
Mənbələr
Şərh ()
Bağla