AZ

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Bakıdakı

Bakı, 26 aprel, AZƏRTAC

Mayın 2-də saat 19:00-da Bakıdakı Rus evinin platformasında “Nadan” tamaşası gənc tamaşaçıların diqqətinə təqdim olunacaq.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, Azərbaycan tamaşaçısının qarşısında “Vunderkind məktəbi” özəl ümumtəhsil müəssisəsinin (Sankt-Peterburq) teatr truppası çıxış edəcək.

25 illik səmərəli fəaliyyət ərzində məktəbdə yüksək peşəkarlığa malik olan kollektiv formalaşdırılıb. “Vunderkind məktəbi” özəl ümumtəhsil müəssisəsinin əlavə təhsil istiqamətlərindən biri də məktəbin direktoru Andrey Mixayloviç Brajnikin rəhbərlik etdiyi “Azyaşlı” teatr studiyasıdır.

Hər il studiya xeyriyyə tamaşası keçirir və onunla qastrollara gedir. Gənc artistlər artıq Almaniya, Latviya, Yaponiya və Çinə qastrol səfərləri ediblər.

Tamaşaya giriş pulsuzdur.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla