AZ

Sübh namazına gedən imama silahlı hücum: Qatil qonşusu çıxdı

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunda imam sübh namazına məscidə gedərkən hücuma məruz qalıb və ölüb. Məlum olub ki, imama hücum edərək öldürən şəxs onun qonşusu olub.

Yenicag.az xəbər verir ki, Çamlık məscidinin imamı 40 yaşlı imam Həsən İnci məscidə namaz qılmaq üçün gedərkən qonşusu ona ov tüfəngi ilə hücum edib.

Məscidin həyətində baş verən hadisədə yaralanan imama ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, imam xəstəxanada dünyasını dəyişib. Məlum olub ki, İmam Həsən İnci 4 uşaq atasıdır və ailəsi ilə birlikdə məscidin lojmanında yaşayır.

İlkin təsbitlərə görə, hadisəyə qarışan bir şəxs polis qrupları tərəfindən nəzarətə alınıb. Polis qruplarının apardığı işdə imamı öldürən şəxsin əvvəllər ədavəti olan qonşusu M.A.Ö. olduğu bilinib. Şəxsin polis bölməsində əməliyyatlarının davam etdiyi öyrənilib.

 

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla