AZ

Ermənistanla birbaşa danışıqlar TƏKLİFİ: “Görüşün yerini Qazaxıstan təyin edə bilər”

“Mən dəfələrlə demişəm ki, tərəflər arasındakı ən yaxşı görüşlər birbaşa görüşlərdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Eks-nazir Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Qazaxıstan baş tutması gözlənilən ikitərəfli görüşünü şərh edib.

E. Məmmədyarov söyləyib ki, Qazaxıstan yalnız görüşün yerini təyin edə bilər.

“Düşünürəm ki, ən yaxşı görüş təkbətək və birbaşa görüşlərdir. Yəni tərəflər üzbəüz oturub məsələni həll etsinlər. Bu baxımdan, delimitasiya komissiyaları çox yaxşı təcrübə oldu. Onlar sərhəddə görüşdülər və bu görüş 4 kəndin qaytarılması ilə nəticələndi. Həmçinin hazırda sərhəd də müəyyənləşdirilir. Bu baxımdan, sülh sazişi ilə bağlı da eyni ssenarini təqdim etməliyik. Yəni Ermənistanla sərhəddə görüşməli və danışıqlar aparmalıyıq”, – deyə sabiq nazir əalvə edib.

Keçmiş XİN rəhbəri hesab edir ki, bu gün sülh sazişi daha çox Ermənistana lazımdır, nəinki bizə:

“Sülh müqaviləsi imzalanacaqsa, bu, lap gözəl, yox, olmayacaqsa, onda əvvəl necə yaşamışıqsa, elə də davam edərik. Bütün bunların əziyyəti də ermənilərin boynuna qalacaq. Bunun üçün ən əsas məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Çünki Konstitusiya və Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyə torpaqlarına iddialar var. Ona görə də İrəvan Ankara ilə də bir sıra məsələləri müzakirə edib ortaq məxrəcə gəlməlidir. Çünki ermənilər Türkiyənin şərqini “Qərbi Ermənistan” kimi təfsir edirlər”.

Onun sözlərinə görə, sülh sazişindən əlavə biz İrəvandan tələb etməliyik ki, onlar Konstitusiyanı dəyişdirsinlər:

“Məndən olsa, deyərdim ki, heykəl qoyduqları bəzi canilərin heykəllərini də götürsünlər. Məsələn, Fətəli xan Xoyskini qətlə yetirən erməniyə, eləcə də Naxçıvanda qətliamlar törətmiş Qaregin Njdeyə heykəllər qoyulur. Bu da düzgün deyil. Biz bunu da tələb etməliyik.

Xatırladım ki, nasist Almaniyası müharibədə məğlub olandan sonra bir gecədə Adolf Hitlerin heykəllərini dağıtdılar. Ermənilər niyə bunu etməsin?”

Rafi Müslümov

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla