AZ

Qolaltı qaralmanın çarəsi çox sadə imiş –Qısa müddətdə yox edir!

Mətbəxdə geniş istifadə olunan zeytun yağı dəri problemlərinin həlli üçün də təbii vasitə ola bilər.

Yaz və yay aylarında xüsusilə problemə çevrilən qolaltı qaralmalar zamanı belə zeytun yağından istifadə etmək olar.

Medicina.az zeytun yağının hansı dəri problemlərini aradan qaldırdığını araşdırıb:

Zeytun yağı təbii antioksidantlar, vitaminlər və sağlam yağ turşuları baxımından çox zəngin bir qidadır. Bütün bunlar onu dəriyə qulluq vasitəsi kimi də son dərəcə dəyərli edir. Bu komponentlər dərini qidalandırır, nəmləndirir və qoruyur.

Dəriniz qurudursa və ya çatlayırsa, zeytun yağı tərkibindəki oleik turşusu sayəsində dərini qidalandırır və nəmləndirir. Dirsəklər, dizlər və ya dabanlar kimi xüsusilə quru bölgələrə müntəzəm olaraq zeytun yağı çəkmək bu sahələri yumşaldır.

Bundan əlavə, zeytun yağı antioksidantlarla zəngin olduğu üçün yaşlanma əleyhinə də təsir göstərir.

Zeytun yağının antiinflamatuar xüsusiyyətləri isə dəridə iltihabı və qıcıqlanmanı azaltmaq üçün istifadə olunur. Ekzema və ya sedef kimi dəri problemləri olan insanlar zeytun yağının sakitləşdirici təsirindən faydalana bilərlər. Zeytun yağı dərinin qızartı və şişkinliyini aradan qaldırmaq üçün təsirli vasitədir.

Kimyəvi tərkibli makiyaj təmizləyiciləri yerinə zeytun yağından faydalanmaq olar. Makiyajınızı pambığa zeytun yağı tökərək təmizləyə bilərsiniz.

Xüsusilə həssas dərilər üçün qoltuqdakı qaralmalar zamanı zeytun yağı ən yaxşı vasitəyə çevrilə bilər. Müntəzəm olaraq qolaltına zeytun yağı çəkmək qaralmanı aradan qaldırır. Bu yağ qidalandırıcı və bərpaedici xüsusiyyətləri sayəsində dərini ağardır. Qolaltı nahiyəsində bakteriya və göbələklərin yaranmasının qarşısını alaraq pis qoxunu da azaltmaqda faydalıdır. PH balansını qoruduğu üçün dərini daha sağlam edir.


Aysel


Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla