Bakıda neft borusu deşilib.
Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.
Sabunçu rayonu 2 aprel küçəsində yolun kənarındakı boru deşildiyi üçün neft yolun hərəkət hissəsinə axıb. Nəticədə neft yolu tamamilə əhatə edib. Həmçinin nəqliyyat vasitələrinin hərəkətində mane yaranıb.
Məhəbbət Tərlanoğlu