AZ

“Azərbaycan tərəfinin tələbi budur ki, qaytarılan kəndlərin ərazisi minalardan təmizlənməlidir” - Politoloq

Bildiyimiz kimi, Qazaxın 4 kəndi Azərbaycana qaytarılır. Burada maraqlı məqam bundan ibarətdir ki, ermənilər qaytaracaqları ərazilərdə basdırılan minaları özləri təmizləyir. Bu, Azərbaycan tərəfinin tələbi ola bilərmi ki, ərazini təmiz və təhlükəsiz şəkildə təhvil versinlər? Çünki əvvəl verilən mina xəritələrinin düzgün olma faizi çox aşağı olurdu ki, bu da Azərbaycan üçün əlavə xərclər yaradırdı.

Politoloq Qədir Aslan Herbiand.az-a bildirib ki, mina məsələsi Rusiya ilə əlaqəli olan prosesdir:

“Rusiya burada rahatlıqla ərazilərimizi minalaşdırmaq üçün əmək sərf edib. Mina problemi Azərbaycan hökumətinin bütün platformalarda qaldırdığı ən önəmli məsələlərdən biridir”.

Qədir Aslanın sözlərinə görə, bəli, Azərbaycan tərəfinin tələbi budur ki, qaytarılan kəndlərin ərazisi təmiz şəkildə təhvil verilməlidir, yəni minalardan təmizlənməlidir:

“Bildiyimiz kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan dedi ki, bizim regional təhlükəsizliyimizi şərtləndirən amil cəbhə xətlərinin möhkəmləndirilməsi deyil, sərhəd dirəkləridir. Bu da deməkdir ki, sərhəd dirəkləri hər iki tərəflə razılaşdırılır. Hər iki tərəfin maraqları tam təmin edilir və nəticə etibarilə, sülh əmələ gəlir. Bu baxımdan düşünürəm ki, Ermənistan gələn formulyarlarda minaların doğru xəritələrini də verməyə başlayacaq. Çünki bu xəritələr tək Ermənistanda deyil, Rusiya sülhməramlılarının komandanlığında həmçinin, Ermənistanda yerləşən 102-ci hərbi bazanın qərargahında da var. Ordan bizə versələr əraziləri daha tez təmizləyə bilərik. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da bildirdi ki, ərazilərə əhalimizin qayıtması minaların təmizlənməsi prosesi ilə düzmütənasibdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla