AZ

1000 km məsafəni təklif edən elektrikli avtomobil akkumulyatoru təqdim olundu

Çinin elektrik avtomobil akkumulyatoru istehsalçısı “CATL” şirkəti 1000 km məsafə qət edən yeni LFP (Litium Dəmir Fosfat) akkumulyatorunu təqdim edib.

Avtosfer.az xəbər verir ki, bu yeni akkumulyator elektrik nəqliyyat vasitələrinə bir dolduruşa uzun məsafələr qət etməyə imkan versə də, eyni zamanda enerji saxlama texnologiyasında inqilab edib.

“CATL” tərəfindən "Qilin" kod adı ilə təqdim edilən bu yeni akkumulyator istilik idarəetmə baxımından daha səmərəli dizayn təklif edir. Batareyanın cəmi 10 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər doldurula bildiyi və “Tesla”nın 4680 batareya struktur batareyasından 13 faiz daha səmərəli olduğu ifadə edilir. Akkumulyator elektromobillərin doldurulma müddətini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, həm də 1000 km və daha çox məsafəni təmin edəcək.

Qeyd edək ki, bu yeni nəsil batareya dizaynı ilə “CATL” Çin fond bazarında 6 fazi dəyər qazanıb və bazar dəyəri 190 milyard dolları keçib. Elektrikli avtomobil istehsalçıları “Qilin” akkumulyatorundan istifadə etmək üçün sıraya giriblər. “Li Auto” və “Hozon” kimi brendlər gələn il “CATL”nin yeni nəsil akkumulyatoru ilə təchiz olunmuş ilk avtomobillərini satışa çıxarmağı planlaşdırır.

Məhəbbət Tərlanoğlu

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla