AZ

Ağıllı olmaq üçün nə yemək lazımdır? – ARAŞDIRMA

Alimlər ağıllı olmaq üçün nə yemək lazım olduğunu açıqlayıblar.

İnterpress.az xəbər verir ki, Böyük Britaniyanın Vorvik Universitetinin tədqiqatçıları yeni araşdırma aparıblar. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Araşdırmada 182 000-ə yaxın iştirakçının qidalanma və sağlamlıq məlumatları təhlil olunub. Təhlil beyindəki boz maddənin həcmini artırmaqla koqnitiv funksiyanı yaxşılaşdırmaq üçün müxtəlif və balanslaşdırılmış pəhrizin vacibliyini göstərib.

Qidalanma vərdişləri haqqında məlumat onlayn sorğu vasitəsilə toplanıb. Məhsullar 10 kateqoriyaya bölünüb, məlumatların emalı süni intellektdən istifadə etməklə həyata keçirilib.

Alimlər 4 qidalanma alt növü yaradıblar: nişastası azaldılmış və ya nişastsız; vegetarian; yüksək protein konsentrasiyası və aşağı lif tərkibi ilə; balanslaşdırılmış.

Sonra mütəxəssislər qidalanma alt növlərini sağlamlıq, fiziki, psixoloji və idrak göstəriciləri ilə əlaqələndiriblər.

Tədqiqat müəyyən edib ki, qidalı və balanslaşdırılmış pəhriz saxlayan iştirakçılar (IV alt tip) koqnitiv qabiliyyətlərdə ən yüksək ballara malikdirlər. Onlar həmçinin beyində boz maddənin həcminin artdığını göstəriblər. Eyni qrupda psixi sağlamlığın daha yaxşı olması vacibdir.

Tədqiqatçılar qeyd edirlər ki, sağlam qidaya marağın formalaşmasına kiçik yaşlardan başlamaq lazımdır. Çünki balanslaşdırılmış qidalanma uşağın inkişafının bütün aspektlərinə birbaşa təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla