Türkiyənin Kırklareli şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 43 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Jandarma Komandanlığı tərəfindən şəhərdə qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə yoxlamalar keçirilib.
Yoxlamalar zamanı 43 qeyri-qanuni miqrant yaxalanıb.
Həmçinin 13 şübhəli "miqrant qaçaqmalçılığı" maddəsi ilə saxlanılıb.
Şübhəlilər məhkəmənin qərarı ilə həbs edilib.
Həmçinin 7 avtomobil ələ keçirilib.
Şəbnəm Mehdizadə