Yunanıstan Ukraynaya "С-300" və ya "Patriot" hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis "Skai" telekanalına müsahibəsində deyib.
"Yunanıstan Ukraynaya nə "С-300", nə də "Patriot" göndərməyəcək", - o deyib.
Baş nazir Afinanın Kiyevi müxtəlif üsullarla, o cümlədən müdafiə materialları ilə təmin etdiyini deyib.
"Lakin hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanının müdafiəsi üçün kritik əhəmiyyət kəsb edir və onları Ukraynaya verməyəcək", - deyə Mitsotakis əlavə edib.