AZ

Venesiyaya giriş pullu oldu


Aprelin 25-dən Venesiyaya bir günlük gələn turistlər şəhərə daxil olmaq üçün pul ödəyəcəklər. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, saat 8:30-dan 16:00-a kimi şəhərə giriş bir günlük 5 avroya (9,1 manat) başa gələcək. Pilot layihə 29 gün davam edəcək. Qanunu pozanları 50 avrodan 300 avroya qədər cərimə gözləyir.
Şəhər rəhbərliyi bu yolla şəhərə turist axınını azaltmağa çalışır. Tənqidçilər isə bu layihənin iflasa uğrayacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısna daxil olan Venesiyanda 50 mindən az insan yaşayır. Lakin hər il şəhəri təxminən 30 milyon turist ziyarət edir. 
Rəsmi statistikaya görə, Venesiyaya gələnlərin üçdə ikisi şəhərə bir günlük gəlir və iqtisadiyyata təsir gücü azdır.
Seçilən
94
14
Mənbələr
Şərh ()
Bağla